Vobayın yeni klubu müəyyənləşdi
“Neftçi” ilə yollarını ayıran Julius Vobayın yeni klubu müəyyənləşib.

İdman.com.az saytının məlumatına görə, afrikalı futbolçu karyerasını gözlənildiyi kimi Cənubi Kiprdə davam etdirəcək. Lakin Vobay bu ölkənin APOEL klubuna deyil, “Anortosis”ə keçib.

Qeyd edək ki, ölkəmizdə "Xəzər Lənkəran" və "Neftçi"nin heyətində çıxış edən Vobay Kiprdə də “Onisilios”, “Nea Salamina” və “Aris”də oynayıb.

Xəbər 716 dəfə oxundu.