Radomir Antiç 2 illik müqavilə imzalayacaq
Bakı klubunun yeni baş məşqçisi Radomir Antiç ola bilər.

İdman.com.az saytı xəbər verir ki, serb mütəxəssis yaxın günlərdə müqavilə üçün ölkəmizə gəlməlidir. Onunla 2 illik müqavilə imzalanması gözlənilir.

Xatırladaq ki, Antiçin son iş yeri Çinin Şandun Luen klubu olub. Tanınmış çalışdırıcı vaxtilə İspaniyada Real, Barselona və Atletiko Madridin baş məşqçisi olub.

Xəbər 640 dəfə oxundu.