Luçeskudan "Fənərbaxça" açıqlaması
"Şaxtyor"un baş məşqçisi Mirça Luçesku "Fənərbaxça"ya keçidi ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

"Bəyaz TV"yə danışan ruminiyalı baş məşqçi xəbərlərin doğru olmadığını bildirib: "Hazırda İtalyada tətildəyəm. "Şaxtyor"la yenidən iki illik müqavilə bağlamışam. Mən peşəkar baş məşqçiyəm və klubum müqaviləm bitənə qədər burada qalmağımı istəyir".

Türkiyəyə qayıtmağın ehtimalından da danışan təcrübəli mütəxəssis qeyd edib: "Türkiyəni, İstanbulda yaşmağı və Superliqanı sevirəm. Yenidən ora qayıtmaq istərdim".

Xəbər 1019 dəfə oxundu.