Dünyanın ən varlı idmançılarının siyahısı açıqlanıb
Dünyanın ən varlı idmançılarının siyahısı açıqlanıb. ABŞ-ın məşhur “Forbes” jurnalının mütəmadi tərtib etdiyi siyahının son variantında dəyişiklik baş verib.

Belə ki, “Real”ın futbolçusu Krişitano Ronaldo “Barselona”nın hücumçusu Lionel Messini 33,5 milyon avro sərvətlə ötərək, 9-cü yerə yüksəlib. “Qızıl top” mükafatının ardıcıl 4 dəfə sahibi olan argentinalı oyunçu isə 31,4 milyon avro gəlirlə ilk “10-luğ”un son pilləsində qərarlaşıb.

“Forbes”in siyahısında futbolbolçulardan karyerasını başa vurmuş Devid Bekhem isə 35,9 milyon avro ilə 8-ci sıradadı.

Reytinqə isə 59,5 milyon avroyla qolfçu Tayger Vuds başçılıq edir. Onun ən yaxın izləyiciləri tennisçi Roje Federer ilə “Leykers”in basketbolçusu Kobi Brayantdı. “Forbes” bu idmançıların varidatı uyğun olaraq 54,4 milyon avro və 47,1 milyon avro ilə qiymətləndirib.

Xəbər 896 dəfə oxundu.