Azərbaycan Kubokunun sahibi müəyyənləşdi

Mayın 18-dən 21-dək Azərbaycan Dövlət Tibb Universitetinin idman zalında stolüstü tennis üzrə Azərbaycan Kuboku yarışı keçirilib.
Şəxsi-komanda xarakteri daşımış yarışlara Bakı, Sumqayıt, Quba, Şəki, Gədəbəy, Samux, Salyan, Balakən və Masallını təmsil edən 100-dək idmançı qatılıb. Ümumilikdə yarışlarda 16 kişi və 8 qadın komandası mübarizə aparıb.
4 gün davam etmiş yarışların qalibləri mayın 21-də müəyyənləşib.
Kişilər arasında “Təhsil” Respublika İdman Mərkəzinin birinci komandası qalıb gəlib. Sumqayıt-1 komandası kiknci, “Bakı Tennis Məktəbi-1” isə üçüncü olublar.
Qadınların komanda yarışında “Sumqayıt –1” fərqlənib. “Aztelekom” İB və “Təhsil” RİM müvafiq olaraq 2-3-cü yerləri tutublar.
Kişilərin şəxsi yarışlarında Ramil Cəfərov (Təhsil RİM) qalib gəlib. Rüstəm Əliyev (Sumqayıt) ikinci, Rafael Abramov (Bakı Tennis Məktəbi) üçüncü olublar.
Qadınların şəxsi yarışında Bilurə Eminova (Sumqayıt), Rüfət Quliyeva (Aztelekom) və Səbinə Əhmədova (Sumqayıt) fərqləniblər.
Qoşaların mübarizəsində isə aşağıdakı idmançılar fərqləniblər:
Qoşa kişi: Ramil Cəfərov - Sənan Əliyev, Rüstəm Əliyev - Rafael Abramov, Xəyal Həşimli - Əliverdi Şahgəldiyev.
Qoşa qadın: Bilurə Eminova - Zərif Əliyeva, Rüfət Quliyeva - Xəyalə Qiyasova, Suğra Talıbova- Nuranə Həmzəyeva.
Qarışıq qoşa: Xəyalə Qiyasova - Ramil Cəfərov, Bilurə Eminova - Xəyal Həşimli, Rüstəm Əliyev - Rüfət Quliyeva.
Qalib komandalara və idmançılara Gənclər və İdman Nazirliyinin diplomları və Federasiyanın kubokları hədiyyələri təqdim olunub.

Xəbər 1271 dəfə oxundu.