Elvin Məmişzadə: «Ozümü məğlub saymıram»
«Ozümü məğlub saymıram. Hakimlər mənə qarşı qərəzli mövqe tutdular». Bunu «İdman» qəzeti və idman.com.az saytının Minskə ezam olunmuş əməkdaşına açıqlamasında milli komandamızın aparıcı üzvü Elvin Məmişzadə dedi.

Minskdə keçirilən Avropa çempionatında 52 kq-da bürünc mükafat qazanan təcrübəli boksçu, Belarus paytaxtına yalnız qızıl medal gəldiyini bildirdi:

«Uesli rəqibimlə də yaxşı döyüşdüm. Düzü, məğlubiyyətə haqq etmirdim. Çünki bu yarışa yaxşı hazırlaşmışdım və uğura çox istəkli idim. Gümüş medalım vardı. İndi burünc qazandım. Bu dəfə alınmasa da, əminəm ki, yaxın gələcəkdə ən yüksək mükafata sahib çıxacağam ».

Kamran HACI

Xəbər 1562 dəfə oxundu.