Məhəmmədrəsul Məcidov Avropa çempionu oldu! - YENİLƏNİB
Minskdə usta boksçular arasında Avropa çempionatı bu gün başa çatdı. İdman.com.az saytı xəbər verir ki, həlledici rəqabətdə bizdən 2 boksçu mübarizə apardı.

91 kq-da çıxış edən Teymur Məmmədov (91 kq) rusiyalı Aleksey Eqorovla qarşılaşdı. Təmsilçimiz yarımfinal mücadiləsində sol əlindən zədələndiyindən, bu görüşdə rinqə çıxmağı sual altında idi. Həkimlərin səyi nəticəsində döyüşə çıxmaga qərar verən Teymura, mübarizənin gedişində zədəsi sözünü dedi və idmançımız görüşü dayandırmaq məcburuttətində qaldı.

Ən ağır çəkidə yarışan Məhəmmədrəsul Məcidov da şimallı boksçu ilə üz-üzə gəldi. London olimpiadasının bürünc mükafatçısı Sergey Kuzminlə münasibətinə aydınlıq gətirdi. Üstün döyüş nümayış etdirən dünya çempionumuz sonda Avropa çempionu oldu.

Qeyd edək ki, dünən keçirilmiş döyüşlərdə Salman Əlizadə (49 kq) və Elvin Məmişzadə (52 kq) yarımfinalda uduzaraq, bürünc medal qazandılar.

Kamran HACI, Minsk

Xəbər 1066 dəfə oxundu.