Ravanelli Ayaçço klubuna təyinat ala bilər
Yuventusun keçmiş futbolçusu Fabrisio Ravanelli Ayaçço klubuna təyinat almağa çox yaxındır.

İdman.com.az saytının məlumatına görə, bu barədə L`Equipe qəzetinin məlumat yayıb. Məlumata əsasən İtaliya yığmasının keçmiş futbolçusu yeni mövsümdə komandanın baş məşqçisi olacaq. 44 yaşlı Ravanelli vaxtilə Fransada Marsel komandasında çıxış edib.

Xatırladaq ki, ötən mövsüm Ayaçço Fransa çempionatını 17-ci yerdə başa vurub.

Xəbər 828 dəfə oxundu.