Erik Ramos paytaxt klubu ilə yollarını ayırıb
“Neftçi” ilə Azərbaycan çempionu adını qazanan Erik Ramos paytaxt klubu ilə yollarını ayırmalı olub. Buna səbəb paraqvaylı futbolçunun məxsus olduğu “Rubio” klubunun Azərbaycan çempionundan daha çox pul tələb etməsidi.

Qeyd edək ki, Ramos ötən mövsümü “Neftçi”də icarə əsasında keçirib. Paytaxt klubu mövsüm başa çatan kimi, çempion heyəti qorumaq üçün Eriki də heyətdə saxlamağa çalışsa da, bu yöndə aparılan danışıqlar uğursuz yekunlaşıb.

“Rubio” “Neftçi”dən Ramosun transferinə görə 350 000 dollar tələb edib. Lakin Azərbaycan çempionu güzəştə getməyib.

Ramosla yanaşı "Neftçi"nin digər aparıcı futbolçularından da hansılarısa itirəcəyi istisna olunmur. Artıq Julius Vobayın Kipr APOEL-inə keçdiyi, Nikolas Kanalesin də digər təklifləri dəyərləndirməkdə olduğu bildirilir.

Xəbər 745 dəfə oxundu.