Erik Abidal oynamaq istədiyi klubun adını açıqladı
“Barselona" ilə müqaviləsi bitən Erik Abidal gələcək karyerası haqqında danışıb.

"RMC Sport"a müsahibəsində fransalı futbolçu bir çox klubdan təklif aldığını deyib. Ancaq Abidal karyerasını ilk oynadığı komandada - "Monako"da bitirmək istədiyini bildirib: "Futbol oynamağa davam etmək istəyirəm. Hazırda bir qərar verməmişəm, ancaq həddən çox təklif var. Karyeramı "Monako"da bitirməyi çox istərdim. İspaniyada qala, ya da PSJ-ə də transfer oluna bilərəm. Amma ilk seçimim hər zaman "Monako" olacaq".

Qeyd edək ki, 33 yaşlı müdafiəçi 2007-ci ildən "Barselona"nın şərəfini qoruyub.

Xəbər 794 dəfə oxundu.