Yohan Elmanderə yeni təklif gəlib
“Qalatasaray”ın şərəfini qoruyan Yohan Elmanderə yeni təklif gəlib. “Sarı-qırmızılar”ın heyətinə düşməkdə çətinlik çəkən futbolçunu Super Liqaya yeni vəsiqə qazanan “Torku Konyaspor” transfer etməyə çalışır.

İsveçli futbolçu üçün konyalıların baş məşqçisi Uğur Tütüneker hərəkətə keçib. “Qalatasaray”ın idarə heyəti bu təklifi müsbət qarşılarkən keçidin baş tutması yalnız Elmanderin cavabından asılıdı.

Xəbər 797 dəfə oxundu.