“Mən Messidən daha yaxşı deyiləm”
“Bavariya”nın futbolçusu Tomas Müller “Barselona”nın ulduzu Lionel Messi ilə müqayisə edilməsinə münasibət bildirib. Müller argentinalı hücumçunun başqa səviyyədə futbol oynadığını deyib.

“Son mövsüm Çempionlar Liqasında bir çox qol vursam da, bu, mənim Messidən daha yaxşı olduğumu göstərmir. Mən sadəcə komandamın ÇL-i qazanmasında əlimdən gələni etdim. Messi başqa səviyyədə futbolçudu”.

Xəbər 799 dəfə oxundu.