Qomez “Bavariya”dan ayrılır
“Bavariya”nın futbolçusu Mario Qomezin meneceri Ulu Ferber futbolçunun komandadan ayrılacağı ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib. Ferber “Kicker”ə açıqlamasında hücumçunun Münhen klubundan getmək istədiyini deyərək xəbərləri təsdiqləyib:

“Mario komandadan ayrılmaq istəyir. Ancaq hazırda hansı kluba gedəcəyinə dair qərar verməmişik”.

Qeyd edək ki, 2016-ci ilə qədər “Bavariya” ilə müqaviləsi olan futbolçunun bu qərarı verməsinə səbəb kimi ötən mövsümün oyunlarında az forma geyməsi göstərilir.

Xəbər 795 dəfə oxundu.