Şəhər birinciliyinə yekun vuruldu
Mayın 21-22-də Mehdi Hüseynzadə adına şəhər stadionunda 23 yaşadək gənc oğlan və qızlar arasında cüdo üzrə Sumqayıt şəhər birinciliyi keçirilib. Birincilikdə Ceyhun Qatayev (60 kq), Vüqar Həsənov (66 kq), Elnur Eminov (73 kq), Murad Rəcəbli (81 kq), Tahir Məsimov (90 kq), Rövşən Səlimov (100 kq), Afiq Əliyev (+100 kq) oğlanlar arasında, Gülşən Nəzərova (52 kq), Aygün Məmmədova (57 kq), Səbinə Abdullayeva (63 kq) və Çinarə Rzazadə (78 kq) uğurla çıxış edərək birinciliyin qalibi olublar.

Xəbər 1134 dəfə oxundu.