Lokomotiv Biliçin yerinə məşqçi axtarışlarına başladı
Dünən Lokomotiv komandasının xüsusi iclası keçirilib. Bu iclasda baş məşqçinin qarşısına gələn mövsüm üçün kəskin vəzifələr qoyulub. Ancaq bu gün klub rəhbərliyinin artıq yeni baş məşqçi axtarışına başladığı iddia edilir.

Növbəti iclas iyunun 15-də keçiriləcək. Orada çox güman ki, xorvat mütəxəssis Slaven Biliç istefaya göndəriləcək.

Bu xəbəri Rusiyanın Sovetskiy Sport qəzeti yayıb.Xatırladaq ki, Lokomotiv son mövsümü 9-cu yerdə bitirib.

Xəbər 833 dəfə oxundu.