Runi üçün yeni təklif | |
“Mançester Yunayted”in şərəfini qoruyan Ueyn Runinin komandadan ayrılacağı yenidən gündəmə gəlib. Runinin “Arsenal”a keçəcəyi iddia olunur. London təmsilçisi 27 yaşlı futbolçunun transferi üçün “Mançester Yunayted”ə 30 milyon funt-sterlinq (təxminən 35 mln avro) təklif edib. Runinin “Arsenal” qazancı da açıqlanıb. Belə ki, Runi “topçular”ın heyətində həftəsinə 200 min funt-sterlinq (təxminən 250 min avro) qazanacaq. Qeyd edək ki, 2004-cü ildən “Mançester Yunayted”də çıxış edən Runi keçirdiyi 278 oyunda 141 qola imza atıb. |
|
Xəbər 964 dəfə oxundu. |
|
|