"Mançester Yunayted"in ulduzu "Qalatasaray"a doğru
Türkiyənin "Qalatasaray" klubu daha bir ulduz futbolçunu transfer etməyə yaxındır.

"Cim Bom" bu dəfə "Mançester Yunayted" klubunn yarımmçüdafiəçisi Nanini hədəfə alıb.

Son Türkiyə çempionu Naniyə rəsmi təklif göndərib. Ötən mövsüm "Mançester Yunayted" klubunun əsas heyətindən kənarda qalan portuqaliyalı futbolçunun da "Qalatasaray"ın təklifini müsbət qarşıladığı bildirilir. Tərəflər razılığa gələrsə, Nani yeni mövsümdən "Qalatasaray"ın heyətində çıxış edir.

Qeyd edək ki, 2007-ci ildən "Mançester Yunayted"in şərəfini qoruyan Nani keçirdiyi 133 oyunda 26 qola imza atıb.

Xəbər 838 dəfə oxundu.