Mourinyo növbəti transfer hədəfini açıqladı
Joze Mourinyolu "Çelsi" klubu yeni mövsüm üçün növbəti transfer hədəfini açıqlayıb.

Portuqaliyalı mütəxəssis bu dəfə "Napoli"nin hücumçusu Edinson Kavaniyə "elçi" düşüb.

Bu xəbəri "Napoli"nin prezidenti Aurelio de Laurentis də təsdiqləyib: "Kavanini "Çelsi" də istəyir. Bu barədə danışıqlar gedir. Əgər Kavani komandada qalsa, çox xoşbəxt olaram. Ancaq gedərsə, 63 milyon avroluq təzminat dəyəri ilə onun yerini dolduracağıq".

Qeyd edək ki, Kavani ilə İngiltərənin "Napoli" klubu da yaxından maraqlanır.

Xəbər 864 dəfə oxundu.