Ueyn Runi klubunu dəyişə bilər
Ueyn Runi klubunu dəyişə bilər

"Mançester Yunayted"in futbolçusu Ueyn Runinin komandadan ayrılacağı yenidən gündəmə gəlib.

"Arsenal" 27 yaşlı hücumçunun transferi üçün "Mançester Yunayted"ə 30 milyon funt-sterlinq təklif edib.

Bu transfer iddiasını gündəmə gətirən İngiltərə mətbuatının yazdığına görə, əgər Runi "Arsenal"a keçərsə, həftəsinə 200 min funt-sterlinq qazanacaq.

Xəbər 965 dəfə oxundu.