Bakıda “Grand Prix 2013” yarışı təşkil ediləcək
İyulun 4-dən 7-dək Bakıda motorlu qayıqsürmə üzrə (Formula-2) Grand Prix 2013 yarışı təşkil ediləcək.

İyunun 6-da Bakı Biznes Mərkəzində keçirilmiş mətbuat konfransında
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışıb və idmançılarımızın qazandıqlarını nailiyyətləri yüksək qiymətləndirib.

Tədbirdə bildirilib ki, Azərbaycanda ilk dəfə olaraq Formula-2 yarışları keçiriləcək. Azərbaycanın mötəbər tədbirlərə yüksək səviyyədə ev sahibliyi etmə təcrübəsi vardır. Bu yarışında yüksək səviyyədə həyata keçiriləcəyinə əminlik ifadə olunub.

Qeyd edək ki, mətbuat konfransında yerli mətbuat nümayəndələri ilə yanaşı ABŞ, Türkiyə, Böyük Britaniya, Fransa, Finlandiya, Malta, Macarıstan və İspaniyadan qeydiyyatdan keçmiş jurnalistlərdə iştirak ediblər.

Xəbər 2092 dəfə oxundu.