“Xəmsə” milli intellektual oyunu başa çatıb
“Xəmsə” milli intellektual oyunu üzrə gənclər arasında keçirilən VI Azərbaycan çempionatı başa çatıb.

Çempionatın Bakıdakı “Kempinski Hotel Badamdar”da keçirilən final mərhələsində 32 komanda iştirak edib.

İntellektual yarışmada Şirvan şəhərinın “Yamato” komandası çempion olub. Sumqayıt şəhərinin “Bir qalanın sirri” komandası ikinci, üçüncü yeri isə Binəqədi rayonunun “El-klassiko” komandası tutub.

Qalib komandalara GİN-in və “Gənclərin İntellektual İnkişaf Mərkəzi” İctimai Birliyinin qiymətli hədiyyələri təqdim olunub.

Xəbər 812 dəfə oxundu.