Delotte klubların gəlirlərini hesablayıb
Dünyanın ən böyük audit şirkətlərindən olan Delotte premyer liqa klublarının gəlirini hesablayıb. 2011/2012-ci il mövsümündə ümumi gəlir 2,36 milyard funt təşkil edib. Ekspertlərin proqnozlarına görə məbləğ 2,5 milyard artıb. Bu dinamika gələn il də davam edəcək. Belə ki, yeni mövsümdən televiziya ilə imzalanmış yeni müqavilə işə düşür. Beləliklə də mənfəət ilk dəfə olaraq 3 milyardı ötəcək.

Xatırladaq ki, məvaciblərə ödənilən ümumi məbləğ 1,66 milyard təşkil edib. Ən çox əməkhaqqı verən klub 202 milyonla Mançester Sitidir. Ən az (35 milyon) Suonsidir.

Xəbər 679 dəfə oxundu.