Avroliqa oyunlarının keçiriləcəyi yer bəlli oldu
Ölkəmizi Avroliqada təmsil edəcək “İnter” ev oyunlarını keçirəcəyi stadionu müəyyənləşdirib. Paytaxt klubu avrokuboklar zamanı “Bayıl Arena”nın xidmətindən yararlanacaq. Klubun Bayıldakı stadionu seçməsində əsas amil “Şəfa” kimi onun da süni örtüklü olmasıdır.

Qeyd edək ki, UEFA “İnter”ə “Şəfa”da oynamağa icazə verməyib. Buna səbəb arenanın yanındakı yolda təmir işləri aparıldığından, avtomobil dayanacaqlarının olmamasıdır. “İnter” ötən avrokuboklar mövsümündə də “Şəfa”da yox, Mərdəkandakı “Dalğa Arena”da ev oyunlarını keçirib.

Xəbər 790 dəfə oxundu.