“Fair Play” mükafatçılarının adları açıqlandı
Almaniya Bundesliqası “fair-play” qaydalarına əməl edən komandaların adlarını açıqlayıb. Bu ada ölkə çempionu, Almaniya kuboku və Çempionlar Liqasını qazanan “Bavariya” layiq görülüb.

Münhen klubu bütün rəqiblərini qabaqlayaraq, ilk pillədə qərarlaşıb. “Bavariya”nın ən yaxın izləyiciləri isə “Şalke” və Avropanın ən titullu klub turnirinin finalçısı Dortmund “Borussiya”sıdı.

Qeyd edək ki, “fair-play” qaydalarına sarı və qırmız vərəqələrin göstərilməsi, rəqibə və hakimə hörmətlə yanaşmaq, klubun idarə heyəti və azarkeşlərinin davranışı aiddi.

Xəbər 853 dəfə oxundu.