Ronaldo: “Stadionda atmosfer yüksək olacaq”.
Portuqaliya millisinin və “Real”ım hücumçusu Kriştiano Ronaldo DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək Rusiyayla oyun haqda danışıb.

Ronaldo önəmli oyun olacağını bildirib: “Bu, çox önəmli oyun olacaq. Səhvə yol vermək lazım deyil. Əminəm ki, stadionda atmosfer yüksək olacaq. Bütün portuqaliyalıları sevincə qərq etmək istəyirik. Dünyada hər şeydən çox bu qarşılaşmada komandamızın qələbə qazanmasını mən istəyirəm. Çünki, Braziliyaya vəsiqə qazanmaq üçün mübarizəni davam etdirək. Futbolçular mövsümün sonu olduğuna görə, çox yorulublar, amma yığma komanda üçün oynamaq böyük şərəfdi. Əminəm ki, cümə günü biz mükəmməl vəziyyətdə olacağıq və hər kəs qələbə üçün əlindən gələni əsirgəməyəcək”.

Qeyd edək ki, Portuqaliya – Rusiya matçı iyunun 7-də, Lissabon şəhərində keçiriləcək.

Xəbər 950 dəfə oxundu.