«Qəbələ» daha bir futbolçusu ilə yollarını ayırıb
«Qəbələ» daha bir futbolçusu ilə yollarını ayırıb. Bölgə klubu Anar Nəzirovun başa çatan müqaviləsini yeniləməyib.

Buna səbəb «Simurq»dan David Petrzkeviçi və Dmitri Kramarenkonun transferidi. Üstəlik «Qəbələ»nin heyətində braziliyalı qolkiper Dieqo Kosta var.

Qeyd edək ki, 2010-cu ildən «Qəbələ»də çıxış edən Anar 2012/13 mövsümündə 16 oyunda meydana çıxıb və 1440 dəqiqə oynayıb. O, əvvəllər «Kəpəz», «Neftçi», «Turan» və «Standard»da forma geyinib, milli komandada iki oyun keçirib.

Xəbər 860 dəfə oxundu.