“Mançester Siti” transferini artıq həll edib
“Mançester Siti” Fernandinyonun transferini artıq həll edib.

İdman.com.az saytı xəbər verir ki, keçidin qiyməti 34 milyon funt sterlinq təşkil edir. Braziliyalı futbolçu İngiltərə klubunda tibbi müayinədən keçib və şəxsi müqaviləni imzalayıb.

Əlavə edək ki, Fernandinyo uzun müddət idi ki, “Siti”yə keçmək istədiyini bildirirdi. Bunun əsas səbəbi onun milli komandaya “Mançester Siti”dən daha rahat düşə bilməyi güman etməsidir.

Xəbər 865 dəfə oxundu.