Aviasiyaçılar qalib gəldilər

“Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə keçirilən təhsil müəssisələri arasında X Respublika Universiadası davam edir. Universiadanın proqramı çərçivəsində mayın 6-dan 13-dək kişilər arasında həndbol yarışları keçirilib.
Bu proqram üzrə 9 komanda – Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Milli Aviasiya Akademiyası, Azərbaycan Dövlət Dillər Universiteti, Azərbaycan Tibb Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin komandaları yarışıblar.
Yarışların yekununa əsasən Milli Aviasiya Akademiyasının həndbolçuları qalib gəliblər. Azərbaycan Tibb Universiteti ikinci, Azərbaycan Dövlət İqtisad Universiteti üçüncü olub.

Xəbər 1888 dəfə oxundu.