FİA-nın mətbuat konfranslarının iştirakçılarının adları
Kanada Qran Prisi günlərində FİA-nn rəsmi mətbuat konfranslarının iştirakçılarının adları açıqlanıb...

Cümə axşamı Pastor Maldonado (Williams), Felipe Massa (Ferrari), Şarl Pik (Caterham), Niko Rosberq (Mercedes AMG), Qido van der Qarde (Caterham) və Jan Erik Vern (Toro Rosso) jurnalistlərin suallarına cavab verməli olacaqlar.

Cümə günü isə sürücüləri komandaların məsul işçiləri - Ross Braun (Mercedes AMG), Stefano Domenikali (Ferrari), Pol Hembri (Pirelli), Kristian Horner (Red Bull), Monişa Kaltenborn (Sauber) və Martin Uitmarş (McLaren) əvəz edəcəklər.

Şənbə və bazar günləri isə adətən sıralanma turu və yarışın ilk üçlüyünə verilir...

Xəbər 784 dəfə oxundu.