Jeremi Tulalan Atletiko Madridə keçəcək
Volfsburqun Braziliyalı futbolçusu Dieqo və Malaqanın yarımmüdafiəçisi Jeremi Tulalan Atletiko Madridə keçməyə razılıq veriblər.

İdman.com.az saytının məlumatına görə, hər iki oyunçu ilə şəxsi müqavilə təsdiqlənib. Hazırda Madridlilər onların klubları ilə Volfburq və Malaqa ilə razılığa gəlməlidir.

Xatırladaq ki, Dieqo vaxtilə Atletiko Madridin şərəfini qoruyub.

Aynurə Pənahqızı

Xəbər 737 dəfə oxundu.