Lənkəranda xeyriyyə aksiyası keçirilib
1 iyun uşaqlar günü ilə bağlı olaraq mayın 28-də Lənkəran şəhərində Rayon Gənclər və İdman İdarəsi və Astara Pedaqoji Kollecinin tələbə gənclər təşkilatının təşəbbüsü ilə “Biz onlara təbəssüm bəxş etmək istəyirik” adlı xeyriyyə aksiyası keçirilib.

Aksiya Osman Mirzəyev adına Lənkəran şəhər qarışıq tipli uşaq evində təşkil olunub. Tədbirdə Astara Pedaqoji Kollecinin tələbə gənclərindən və müəllimlərdən ibarət bir qrup nümayəndə iştirak ediblər.

50 nəfər uşaq (1 yaşından 21 yaşa qədər) iştirakı ilə keçirilən tədbirdə astaralı qonaqlar tərəfindən gətirilən hədiyyələr ( paltarlar, oyuncaqlar, yeyinti məhsulları ) uşaqlara təqdim olunub.

Daha sonra uşaqlar üçün Kollecin istedadlı tələbələrindən konsert proqramı nümayiş olunub.

Xəbər 836 dəfə oxundu.