Lüksemburq yığması "Bakı"nın bazasında
Millimizin rəqibi mətbuat üçün bağlı məşq keçirdi

DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində Azərbaycan yığıma komandasının qonağı olacaq Lüksemburq millisi artıq Bakıdadır. Bu gün millimizin rəqibi “Bakı”nın təlim-məşq bazasının stadionunda məşq ediblər.

Qonaqlar birinci məşqi dünən səhər saat 11:00-da, digəri isə axşam saat 19:00-da keçiriblər.

Qeyd edək ki, hər iki məşq mətbuat nümayəndələri üçün bağlı olub.


Lüksemburq yığması ölkəmizə aşağıdakı heyəti ilə gəlib:

Qapıçılar: Jonatan Juber (F91 Dudelanj), Mark Obervays (Jeness);

Müdafiəçilər: Ante Bukviç (Differdanj 03), Maksim Şano (“Beersxot”, Belçika), Erik Hoffmann (Jeness), Massimo Martino (F91 Dudelanj), Tom Latertsa (Fola), Kris Filipps (“Mets”in U-19 komandası, Fransa);

Yarımmüdafiəçilər: Loran Yans (Fola), Lars Qerson (“Norrçöpinq”, İsveç), Mario Mutş (“Sankt-Qallen”, İsveçrə), Ben Payal (F91 Dudelanj), Rene Peters (Hamm Benfika);

Hücumçular: Daniel Da Mota (F91 Dudelanj), Stefano Bensi (Fola), Moris Devil (“Elversberq”, Almaniya), Orelyen Yoaxim (“Villem II”, Hollandiya), Antonio Luis (Rasinq), David Turpel (Etsella).

Xatırladaq ki, 2014 il Dünya çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan və Lüksemburq milli komandalarının oyunu iyunun 7-də "Bakcell Arena"da baş tutacaq. Başlanma saatı 21:00.

Xəbər 789 dəfə oxundu.