Georgi Nikolov “İnter”in düşərgəsinə baş çəkdi
“İnter” Türkiyənin İzmit şəhərinin yaxınlığındakı Kartəpə qəsəbəsində təlim-məşq toplanışını davam etdirir.

Klub prezidenti Georgi Nikolov ötən gün səhər saatlarında sözügedən ölkəyə gələrək, burada təlim-məşq toplanışı keçən komandanın düşərgəsinə baş çəkib.

“Bankirlər”in rəhbəri futbolçu, məşqçi və texniki heyətlə görüşüb, onların qayğıları ilə maraqlanıb və komandanın hər bir üzvünə toplanışda uğurlar arzulayıb. Daha sonra Nikolov “İnter”in axşam məşqini izləyib.

Qeyd edək ki, paytaxt təmsilçisinin ilk təlim-məşq toplanışı iyunun 11-də başa çatacaq.

Xəbər 793 dəfə oxundu.