Heç biri öz komandasının qalib gələcəyinə inanmır
İsrailin baş məşqçisi Qay Luzon Norveç komandasının sona qədər uğurlu oyun nümayiş etdirərək UEFA Avropa Liqasının – 21-ci kubokuna sahib olacağına inanır.

İdman.com.az saytının məlumatına görə, baş məşqçi bu barədə Netanya stadionunda oyunun açılış mərasimindən əvvəl təşkil olunmuş mətbuat konfransında bildirib.

“ Norveç heç də gücsüz komanda deyil. Bu komandanın fiziki hazırlığına tam əminəm. Tam əminliklə deyə bilərəm ki, bu komanda əsrarəngsiz oyun nümayiş etdirərək Fransa komandası üzərində möhtəşəm qələbə qazanacaq. Düzdür Fransa komandasıda güclüdür, Hətta deyə bilərəm ki, Avropada yaxşılar siyahısındadır. Amma Norveç ən yaxşılar siyahısındadır. Bu komandanın İsrail beynəlxalq komandasını təəccübləndirəcəyini heç şübhə etmirəm. Norveç üzərində qələbə qazansaq bu bizim üçün fantastik bir oyun olacaq. Mən düşünürəm ki, onlar İngiltərə və İtaliya komandalarından daha güclüdür”. - Luzon öz açıqlamasında bildirib.

Qeyd edək ki, Norveç komandasının başqa məşqçisi Tor Ole Skullerud isə tam əksini fikirləşir. O, öz komandasının qələbə qazanacağına belə ümid etmir. Mətbuata açıqlamasında o, sadəcə mən komandamı seçmişəm və onlara lazım olan məlumatı vermişəm deməklə kifayətlənib.



Tərcümə edən: Aynurə

Xəbər 702 dəfə oxundu.