Gələn həftə “Azerbaijan Open” beynəlxalq turniri keçiriləcək
Bakıda taekvondo üzrə kişi və qadınlar arasında beynəlxalq yarış keçiriləcək.
Dünya Taekvondo Federasiyasının (WTF) təqviminə əsasən mayın 27-28-də təşkil edilən “Azerbaijan Open” beynəlxalq turnirində yerli idmançılarla yanaşı, Türkiyə, Fransa, Hindistan, Ukrayna, Rusiya və Gürcüstandan 15-dək komanda iştirak edəcək.
Azərbaycan təşkilatçı ölkə kimi yarışa 5 komanda ilə qatılacaq. Ölkəmiz Azərbaycanın 1-ci və 2-ci seçmə komandaları, eləcə də “Gömrükçü”, “Neftçi” və Fövqəladə Hallar Nazirliyinin komandası ilə təmsil olunacaq. Yarış böyüklərin yaş qrupunda bütün çəki dərəcələri üzrə keçiriləcək.
Turnirin mükafatçıları Dünya Taekvondo Federasiyasının reytinq cədvəlində xallarını artırmaq imkanı əldə edəcəklər. “Azerbaijan Open” beynəlxalq taekvondo turniri paytaxtın “Sərhədçi” Idman Olimpiya mərkəzində təşkil ediləcək.

AzərTAc

Xəbər 1200 dəfə oxundu.