4 boksçumuz yarımfinalda - YENİLƏNİB
Minskdə usta boksçular arasında Avropa çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün yarımfinala çıxış uğrunda son döyüşlər keçirildi. Bizdən ilk olaraq arenaya Salman Əlizadə (46-49 kq) daxil oldu.

O, «A» rinqində gürcüstanlı Dato Nanava ilə görüşdü. Gərgin keçmiş görüşdə son Avropa çempionumuz 17 yaşlı rəqibini üstələdi - 10:9, 10:9, 9:10.

«B» rinqində Samir Məmmədov (56 kq) ermənistanlı Aram Avaqyanla üz-üzə gəldi. Gərgin görüşdə boksçumuz həmkarından daha fəal olsa da, hakimlər qələbəni rəqibə verdilər - 28:29, 30:27, 28:29.

Günorta təşkil edilən döyüşlərdə Heybətulla Hacıəliyev (64 kq) «B» rinqində moldovalı Dmitri Qalaqotla qarşılaşdı. Qitə çempionatının bürünc mükafatçısı çox çalışsa da, dəqiq zərbələrdə yetərincə olmadı və məğlub oldu - 28:28, 29:28, 27:30.

Aparıcı boksçumuz Teymur Məmmədov (91 kq) irlandiyalı Tomas Makkartini məğlub etdi.

Qızıl medal iddialılardan sayılan Məhəmmədrəsul Məcidov (+91 kq) rumıniyalı Mihay Nistorla üz-üzə cəldi. London olimpiadasının bürünc medalçısının güclü vuruşları önündə aciz qaldığını görən rinq hakimi 2-ci raundda görüşü saxladı və qələbəni Məhəmmədrəsula verdi.

Axşam, saat 21:00-da başlayacaq görüşlərdə Elvin İsayev (60 kq) rusiyalı Dmitri Polyanski ilə qarşılaşdı. İlk raundda həmyerlimiz üstün olsa da, sonradan təşəbbüsü əldən verdi və yekunda uduzdu.

«A» rinqində Elvin Məmişzadə (52 kq) Norbert Kaluja ilə görüşdü. Hər 3 hissədə fəal olan idmançımız, yarımfinala adlayan 3-cü boksçumuz oldu.

Bir qədər əvvəl rinqə Tamerlan Abdullayev (69 kq) çıxdı. Onun rəqibi rusiyalı Aleksandr Besputinlə oldu. Gərgin qarşılaşmada şimallı idmanşı sevindi.

Kamran HACI, Minsk


Xəbər 1179 dəfə oxundu.