Voleybol üzrə yarışların püşkatma mərasiminin vaxtı müəyyənləşib
Voleybol üzrə Çempionlar Liqası yarışlarının püşkatma mərasiminin vaxtı müəyyənləşib.

Avropanın ən nüfuzlu klub turnirində püşk iyunun 28-də atılacaq. Mərasim Avstriyanın paytaxtı Vyanada keçiriləcək. Tədbirdə həm kişi, həm qadın komandaların rəqibləri bəlli olacaq.

Qadınların turnirində ölkəmizi ardıcıl ikinci il 3 komanda təmsil edəcək. Çempionlar Liqası yarışlarında Azərbaycanın idman şərəfini “Rabitə”, “Azəryol” və “İqtisadçı” komandaları qoruyacaqlar.

Xəbər 1058 dəfə oxundu.