"Arşavin daha çox Avropada oynamaq istəyir"
"Beşiktaş"ın Arşavinlə maraqlanması haqda heç nə deyə bilmərəm. Hazırda müxtəlif ölkələrdən təkliflər almışıq və bunu müzakirə edirik". -bu sözləri rusiyalı futbolçu Andrey Arşavinin meneceri Skott Fişer deyib.

Şotland agentin sözlərinə görə, Arşavinin vətənə dönmək ehtimalı da var: "Hazırda Andrey istirahətdədir. Həftənin sonuna kimi biz onunla görüşüb, bütün təklifləri müzakirə edəcəyik. Arşavin vətənə də dönə bilər. Biz birgə hər şeyi ətraflı təhlil edəcəyik. Yalnız bundan sonra o özü üçün ən yaxşı olan variantı qəbul edəcək. Arşavin hələ də yüksək səviyyədə çıxış edə bilər. Arşavinin seçimində pul əsas rol oynamayacaq. O daha çox Avropada oynamağı istəyir".

Xəbər 843 dəfə oxundu.