“Beşiktaş” dan “Qəbələ” yə məktub
Türkiyənin “Beşiktaş” klubundan “Qəbələ” İdman Klubuna təşəkkür məktubu ünvanlanıb. 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçirilən II Qəbələ Kubokunun iştirakçılarından olan “Beşiktaş” məktub vasitəsilə təşkilatçılığa və qonaqpərvərliyə görə “Qəbələ”yə təşəkkürünü bildirib.

“28 may – 2 iyun tarixlərində Azərbaycanın Qəbələ şəhərində təşkil etdiyiniz II Qəbələ Kuboku Beynəlxalq Turnirində iştirak edən “Beşiktaş” U-15 komandasına turnir müddətində göstərdiyiniz qonaqpərvərliyə görə klubumuz adından təşəkkürü edirəm” – deyə “Beşiktaş”ın aşağı yaş qrupları üzrə koordinatoru Emrah Bayraktarın məktubunda qeyd olunub.

Xəbər 700 dəfə oxundu.