Anri Byenvenu ilə 3 illik müqavilə imzalayıb
“Əskişəhərspor” Anri Byenvenu ilə 3 illik müqavilə imzaladı. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

“Hücum bölgəsində oynayacaq olan kamerunlu futbolçu daha öncə bir çox klublarda və Kamerun milli komandasında mübarizə aparıb. Byenvenuya “Əskişəhərspor”a xoş gəldin deyirik və futbol karyerasında uğurlar arzulayırıq.”

Qeyd edək ki, kamerunlu futbolçu Alper Potukun qarşılığında “Fənərbaxça”dan transfer olub.

Xəbər 861 dəfə oxundu.