III Caspian Cup beynəlxalq turniri artıq yekunlaşır
Bu gün III Caspian Cup beynəlxalq turnirinə yekun vurulacaq.17 yaşadək futbolçulardan ibarət yığmalar arasında keçirilən yarışın final mərhələsində 2 matç baş tutacaq.

Əvvəlcə 3-cü yer uğrunda görüş keçiriləcək. Burada yarımfinal mərhələsində millimizə məğlub olan Gürcüstanla Yaponiya qarşılaşacaq.
Həlledici oyunda isə yığmamızla Türkiyə üz-üzə gələcək.

5 iyun
3-cü yer uğrunda oyun
16:30. Gürcüstan – Yaponiya
Final
20:00. Azərbaycan – Türkiyə

Xəbər 691 dəfə oxundu.