Uğurlu cərşənbə axşamı: 5 boksçumuz 1/4 finala çıxdı - YENİLƏNİB
Minskdə usta boksçular arasında Avropa çempionatı davam edir. İdman.com.az saytı xəbər verir ki, bu gün növbəti görüşlər keçirildi. İlk olaraq rinqə Elvin İsayev (60 kq) çıxdı. Onun sözü gedən mərhələdə rəqibi bolqarıstanlı Detelin Dalakliyev oldu. Əvvəldən sonadək üstün boks nümayiş etdirən həmyerlimiz, 1/4 finala vəsiqə qazandı (29:28, 29:28, 30:27).

Bir az əvvəl rinqə Salman Əlizadə (46-49 kq) çıxdı. O, israilli David Albridianla qarşılaşdı. Hər 3 raundda üstün olan boksçumuz, millimizdən Elvindən sonra 1/4 finala adlayan 2-ci idmançi oldu (30:27, 30:27, 30:27).

Medala iddialılardan sayılan Teymur Məmmədov (91 kq) ehtimalları doğrultdu. O, xorvatiyalı Marko Kaliçə şans vermədi - 30:27, 30:27, 30:27

Axşam, saat 21:00-da başlayacan görüşlərdə Samir Məmmədov (56 kq) moldovalı Vyaçeslav Qocana bir xal üstünlüyü ilə qalib gəldi - 28:29, 29:28, 29:28. Sevindiricidir ki, Tamerlan Abdullayev (69 kq) yunanıstanlı PavlosTsagrakosu məğlub etməklə, günü maksimum nəticə başa vurmağımıza səbəb oldu.

Kamran HACI, Minsk

Xəbər 1291 dəfə oxundu.