Nedved Çexiya liqasının ən yaxşı futbolçusudur
Çexiya futbol liqası təşkilatın yaranmasının 20 illiyinə həsr edilmiş sorğu keçirib.

Səsvermə nəticəsində liqa tarixinin ən yaxşı futbolçuları və baş məşqçisi müəyyənləşib.Pavel Nedved Çexiya liqası tarixində ən yaxşı yarımmüdafiəçi və futbolçu adını qazanıb.Xatırladaq ki, öz ölkəsində cəmi 4 il Dukla və Sparta komandalarında çıxış edib.

Liqa tarixinin ən yaxşı qapıçısı Siqma və Slaviyanın keçmiş qolkiperi Martin Vanyak seçilib.Ən yaxşı müdafiəçi İrji Novotnı, hücumçu isə Horst Ziql olub.Onların hər ikisi Sparta klubunun heyətində oynayıb.Viktoriya Plzenli Pavel Vrba isə ən yaxşı məşqçi adına layiq görülüb.

Xəbər 886 dəfə oxundu.