Ronaldo klubla müqaviləni uzatmaq istəmir
Madrid Realının hücumçusu Kriştiano Ronaldo klubla müqaviləni uzatmaq qərarında deyil.

İdman.com.az saytı xəbər verir ki, o, 2015-ci ildə başa çatacaq sözləşmənin ardından komandanı tərk etmək istəyir.

Xatırladaq ki, Florentino Peres bir neçə gün əvvəl Ronaldo ilə müqaviləni artıracaqlarını və onu dünyanın ən yüksək məvacibli futbolçu edəcəyini söyləyib. Lakin Portuqaliyalı futbolçu Peresin sözlərinə inanmır və bunu seçki zamanı bir addım sayır.

Xəbər 862 dəfə oxundu.