Misir yığma komandaları Bakıdadır | |
Sərbəst və yunan-Roma güləşi üzrə Misir yığma komandaları Bakıdadır Azərbaycan Güləş Federasiyası və Misir Güləş Federasiyası arasında sərbəst və yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandaların birgə təlim-məşq toplanışları keçirilməsi barədə razılıq əldə olunub. Əldə olunan razılığa əsasən Misir yığma komandaları iyunun 19-dək Bakıda birgə təlim-məşq toplanışında iştirak edirlər. Misir güləşçiləri ölkəmizə əsas heyətlə gəlib. Onların arasında yunan-Roma güləşi üzrə dünya çempionu Mohamed İbrahim Abdelfattah (96 kq) da var. Ümumilikdə 30 nəfərə yaxın idmançı və məşqçi heyəti ilə ölkəmizə səfər edən Misir güləşçiləri təlim-məşq toplanışından sonra 17-ci Akdeniz Oyunlarına yollanacaq. Məlumat üçün bildirək ki, 17-ci Akdeniz Oyunları 20-30 iyun tarixlərində Türkiyənin Mersin şəhərində keçiriləcək. |
|
Xəbər 1097 dəfə oxundu. |
|
|