«Neftçi» Gürcüstanda 12 oyun keçirdi
«Neftçi»nin aşağı yaş qruplarından ibarət komandaları Gürcüstan Futbol Federasiyasının ilk prezidenti Nodar Axalkatsinin xatirəsinə həsr olunmuş 6-cı beynəlxalq Tiflis turnirində iştirak edib. Məşqçi İslam Kərimovun yetirmələri olan 2002-ci il təvəllüdlü futbolçulardan ibarət komanda qrupda «Raça»ya (Ambromlauri) uduzsa da (1:2), «Morkinali»ni (Tbilisi) 5:2, «Saburtalo-1»i (Tbilisi) isə 3:2 hesabı ilə məğlub edərək mərhələ adlayıb.

Bundan sonra «Çempioni-1» (Tiflis) və «Acari» (Batumi) klublarını müvafiq olaraq 1:0 və 4:1 hesabı ilə yenən «Neftçi» yarımfinalda Tiflis «Dinamo»sunun futbol akademiyasının komandasına 0:3 hesabı ilə məğlub olub. 3-cü yer uğrunda görüşdə «Avaza»ya uduzan (0:2) təmsilçimiz turniri 4-cü pillədə başa vurub.

Məşqçi Tural Kərimovun başçılıq etdiyi 2003-cü il təvəllüdlü futbolçulardan ibarət komanda isə qrupda Tiflisin «Baqsvudi» (5:2) və «Saburtalo-1» (0:4) klubları, eləcə də Sxinvali «Spartak»ı (4:3) ilə qarşılaşıb. Növbəti mərhələdə «Axarlsixe» (Mesxeti) klubunu 7:0 hesabı ilə darmadağın edən «Neftçi2 daha sonra Tiflis «Dinamo»sunun futbol akademiyasının komandasına uduzaraq mübarizəni dayandırıb.

Xəbər 828 dəfə oxundu.