İspan futbolçu Londona yollanır
İspaniya millisinin və “Barselona”nın hücumçusu David Vilya karyerasını İngiltərədə davam etdirə bilər. Katalon klubunda əsas heyətə düşməkdə çətinlik çəkən futbolçunun “Arsenal”la ilkin razılığa gəldiyi bildirilib.

31 yaşlı forvard hazırda İspaniya millisi ilə təlim-məşqdədi. Çünki yığma komanda Haiti və İrlandiya millisi ilə yoldaşlıq oyununa hazırlaşır. Verilən məlumata görə, Vilya millidən qayıtdıqdan sonra tibbi müayinədən keçmək üçün Londona gedəcək.

Qeyd edək ki, Vilya “Barselona” forması ilə bu mövsüm 43 oyunda iştirak edib.

Xəbər 765 dəfə oxundu.