Minskdə boks üzrə dünya çempionatı davam edir
Belarusun paytaxtı Minskdə boks üzrə dünya çempionatı davam edir. Yarışın növbəti günündə Azərbaycan idmançılarından ilk olaran Rauf Rəhimov (81 kq) rinqə çıxıb. Təssüff ki, 2011-ci ilin gənclər arasında dünya çempionu hollandiyalı Petr Mullenberlə döyüşdən məğlub ayrılıb.
Hər 3 hakim rəqib idmançının qələbəsini qeydə alıb – 29:27, 29:27, 29:26.

Günorta proqramında rinqə çıxan digər həmyerlimiz Heybətulla Hacəliyev isə (64 kq) boks həvəskarlarını qələbə ilə sevindirib.
Milli komandamızın üzvü ukraynalı Vyaçeslav Kislitsinlə qarşılaşmada favorit sayılmasa da, qalib gəlib.

Xəbər 1014 dəfə oxundu.