Mourinyonun köməkçiləri artıq bəlli olub
Çelsinin baş məşqçisi Joze Mourinyonun köməkçiləri artıq bəlli olub.

İdman.com.az saytının məlumatına görə, onun köməkçiləri Rui Faria, Silvinyo Lora və Joze Moraiş olacaqlar.

"Bildiyiniz kimi Rui Faria ilk gündən mənimlədir. O, mənim sağ əlimdir. İşimi tam olaraq başa düşür. Bu səbəbdən onun təqdimatına ehtiyac yoxdur. Joze Moraiş İnterdən mənimlə işləməyə başlayıb. Onun vəzifəsi rəqiblər haqda məlumat toplamaqdır. Bir çox ölkələrdə işləyib.Bu sahəni çox gözəl bilir". -deyə Joze öz açıqlamasında bildirib.

Xəbər 673 dəfə oxundu.