Yevlaxda cüdo üzrə şəhər turniri keçirilib
30-31 may tarixlərdə Yevlax şəhər UGİM-nin cüdo zalında yeniyetmələr arasında cüdo üzrə şəhər turniri keçirilib.

86 nəfər yeniyetmə cüdoçunun iştirakı ilə keçirilən turnirin məqsədi cüdo idman növünü rayonda inkişaf etdirmək, yeniyetmə cüdoçuların texniki hazırıqlarını yüksətmək və yığma komandanın tərkibinin seçilməsi olub.

Sonda qaliblər Yevlax şəhər Gənclər və İdman idarəsinin diplom və medalları ilə təltif olunublar.

Xəbər 1155 dəfə oxundu.